Güclü qar yağması ilə əlaqədar daxili əhəmiyyətli Kutaisi (Motsameta)-Tkibuli-Ambrolauri avtomobil yolunun km 39-km 52 (Nakerala aşırımı) və Saçxere (Sareki)- Uzunta-Şkmeri-Zudali hissəsində qoşqu və yarımqoşquların hərəkəti qadağan edilib.
InterPress.ge xəbər verir ki, məlumatı Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayıb.
Bildirilib ki, qeyd olunan hissədə digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.
.jpg)