Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Azərbaycanla Gürcüstan elm və təhsil sahəsində əməkdaşlığı genişləndirəcək

676
Azərbaycanla Gürcüstan elm və təhsil sahəsində əməkdaşlığı genişləndirəcək
Dinləmək üçün basın

Azərbaycanın elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Tbilisidə Gürcüstanın təhsil və elm naziri Qiorqi Amilaxvari ilə görüşüb.

Azərbaycanın elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Tbilisidə Gürcüstanın təhsil və elm naziri Qiorqi Amilaxvari ilə görüşüb.

InterPress.ge "Report"un yerli bürosuna  istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri diqqət mərkəzində olub. Söhbət zamanı iki ölkənin müvafiq universitetləri arasında müəllim və tələbə mübadiləsi, birgə elmi araşdırmaların aparılması və s. məsələlər barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan ilə Gürcüstan arasında elm və təhsil sahəsində əməkdaşlığın daha da genişlənməsi və inkişafı baxımından qarşılıqlı səfərlərin sayının artırılmasının vacibliyi qeyd edilib.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →