Penitensiar Xidmətin zabiti zorakılıq əməlinə görə saxlanılıb.
InterPress.ge xəbər verir ki, məlumatı Xüsusi İstintaq Xidməti yayıb.
“İstintaq müəyyən edib ki, 2023-cü il noyabrın 26-da Rustavi şəhərindəki yaşayış evlərindən birində mübahisə zəminində hüquq-mühafizə orqanı əməkdaşı 1980-ci il təvəllüdlü qadına şiddət göstərərək bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirib", - deyə bildirilib.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin 2-ci hissəsinin “B” yarımbəndinə əsasən aparılır.
Cinayət 3 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
