Poti meri: "Əhaliyə az, lakin infrastruktura xeyli ziyan dəyib"
"Əhaliyə az ziyan dəyib, baxmayaraq ki, şəhər infrastrukturuna ciddi ziyan dəyib".
InterPress.ge xəbər verir ki, bunu Poti meri Beka Vaçaradze deyib.
Onun sözlərinə görə, "dəniz sakitləşib və ləğvetmə işləri aparılır". Bundan başqa, onun qeyd etdiyinə görə, təbii fəlakət nəticəsində dəymiş ziyan ən qısa müddətdə hesablanacaq və bərpa işlərinə başlanılacaq.
"Dünən Qara dəniz sahilində güclü tufan oldu. Adanın sahilində davam edən proses Poti üçün əhəmiyyətli idi, çünki dəniz ən çox bu ərazidə təhlükəli idi və yaşayış yerinə ən yaxın yerdir, yaxınlıqda qəbiristanlıq var və dünən gün ərzində qabaqlayıcı tədbirlər həyata keçirdik. Bir neçə yerdə dəniz bəndləri sındırdı və suyun əhaliyə, qəbiristanlığa çatmaması üçün qoruyucu bəndlər vacib idi, ona görə də gecə boyu harada ehtiyac var idisə, orada müvafiq işlər gördük. Artıq dəniz sakitləşib və ləğvetmə işləri aparılır. Əhaliyə az ziyan dəyib, baxmayaraq ki, şəhər infrastrukturuna ciddi ziyan dəyib, yaxın bir neçə gündə onu bərpa edəcəyik”, - deyə Poti bələdiyyəsinin meri Beka Vaçaradze bildirib.
Xatırladırıq ki, dünən güclü tufan Potidə sahil xəttinə və infrastruktura ziyan vurub. Bulvarı əhatə edən küçələri su basıb.