28 
Nybr
2023
13:33
235

Tornike Rijvadze: "Fəlakətin aradan qaldırılması işləri mümkün qədər tez başa çatdırılmalı və zərər çəkmiş bütün sahibkarlara kömək göstərilməlidir"

"Acarıstan hökumətinin sədri Tornike Rijvadzenin sözlərinə görə, təmizlik işlərinin vaxtında aparılması, dəymiş ziyanın öyrənilməsi və təbii fəlakətdən zərər çəkmiş bütün fiziki şəxslərə və sahibkarlara maksimum köməklik göstərilməsi üçün bütün xidmətlər cəlb olunacaq".

InterPress.ge xəbər verir ki, bununla bağlı o, Acarıstan hökumətinin bu gün keçirilən iclasında açıqlama verib.

Rijvadzenin sözlərinə görə, “dünən yaranmış güclü tufan və pis hava Batumi və Kobuleti çimərliklərinə, bulvara xeyli ziyan vurub”.

"Mən bütün qurumlara, bütün xidmətlərə göstəriş vermək istərdim ki, tezliklə təmizlik işləri aparılmalı və bütün ləğvetmə işləri vaxtında başa çatdırılmalıdır. Həmçinin bələdiyyənin müvafiq daimi komissiyaları dəymiş ziyanı vaxtında öyrənməlidir. Biz qeyd olunan hadisələrdən zərər çəkmiş bütün fərdi şəxslərə və sahibkarlara dəstək olmalı və onlara kömək etməliyik”, - Tornike Rijvadze bildirib.

Bizimlə əlaqə saxlayın