Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Qiorqi Mumladze Levan Xabeişvilinin istefasını tələb edir

473
Qiorqi Mumladze Levan Xabeişvilinin istefasını tələb edir
Dinləmək üçün basın

“Milli Hərəkat”da dəyişikliklərin zəruriliyindən danışmağa ilk başlayanlardan biri oldum, bu dəyişikliklər Mixeil Saakaşvilinin azadlığı uğrunda mübarizə prosesində daha çox fəallıq, reytinqin yüksəldilməsi baxımından…

“Milli Hərəkat”da dəyişikliklərin zəruriliyindən danışmağa ilk başlayanlardan biri oldum, bu dəyişikliklər Mixeil Saakaşvilinin azadlığı uğrunda mübarizə prosesində daha çox fəallıq, reytinqin yüksəldilməsi baxımından müsbət nəticələr verməli idi, təəssüf ki, bu baş vermədi, Levan Xabeişvilinin ritorikası və hərəkətləri partiyanın möhkəmlənməsinə, birlik hissinə töhfə vermir".

InterPress.ge xəbər verir ki, bu barədə “Milli Hərəkat”ın üzvü Qiorqi Mumladze açıqlama verib.

Mumladzenin sözlərinə görə, Levan Xabeişvili məsuliyyəti öz üzərinə götürməli və partiya sədri postunu tərk etməlidir.

“Hesab edirəm ki, o, nə qədər məsuliyyət daşıdığını anlamalı və ilk növbədə başa düşməlidir ki, heç bir partiya mövqeyi və imtiyazı birliyi pozmağa, partiyanı zəiflətməyə dəyməz. Ona görə də bu vəziyyətdə həll yolu onun məsuliyyəti öz üzərinə götürməsi və vəzifəsindən getməsidir. Bundan sonra genişmiqyaslı qurultay çağırılacaq, burada açıqlıq, iştirakçılıq, paritetlik prinsipləri olacaq, habelə Mixeil Saakaşvilinin maraqlarına uyğun olaraq, siyasi şura yeni mübarizə aparmağa qadir olan insanlarla komplektləşdiriləcək. Məhz bu siyasi şura həm müşavirə orqanının rəhbərini, həm də icra hakimiyyətinin rəhbər vəzifələrini seçəcək. Bütün 2024-cü il ərzində partiyanın fəaliyyətinə siyasi şura rəhbərlik edəcək. Bütün incimiş insanlar hiss etməlidirlər ki, partiyanın rəhbərliyində onların nümayəndəsi var və bu böhrandan çıxmaq üçün Levan Xabeişvilinin məsuliyyəti öz üzərinə götürməsi lazımdır. Nəhayət, 2024-cü il seçkilərindən sonra, Rusiya rejimini layiqincə məğlub etdikdən sonra, birlikdə oturub parlament seçkilərindən 3 ay sonra Mixeil Saakaşvilinin iştirakı ilə partiyanın yeni sədrini seçməliyik”, - Mumladze bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →