İrakli Ğaribaşvili Şarı Mişel ilə görüşünə belə münasibət bildirdi
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili tvitter hesabında Avropa İttifaqı Şurasının prezidenti ilə görüşə cavab verib.
InterPress.ge xəbər verir ki, hökumət başçısının sözlərinə görə, görüşdə Gürcüstanın islahatlarının gündəliyi və Avropaya inteqrasiya yolunda əldə olunan tərəqqi müzakirə olunub.
“BMT-nin Birləşmiş Ərəb Əmirliklərində təşkil etdiyi 28-ci konfrans çərçivəsində mən Avropa Şurasının prezidenti Şarl Mişel ilə iqlim dəyişikliyi ilə mübarizə mövzusunda səmərəli söhbət apardım.
Görüşdə Gürcüstanın islahatlarının gündəliyini və Avropaya inteqrasiya yolunda əldə olunan irəliləyişi müzakirə etdik.
Şarl Mişelin dəstəyinə görə minnətdaram və dekabrda Gürcüstana Aİ-yə namizəd statusunun verilməsini səbirsizliklə gözləyirəm!”, - İrakli Ğaribaşvili deyib.


