Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

ADA Universiteti Gürcüstandakı azərbaycanlılar üçün təqaüd proqramı təklif edir

598
ADA Universiteti Gürcüstandakı azərbaycanlılar üçün təqaüd proqramı təklif edir
Dinləmək üçün basın

ADA Universiteti Gürcüstandakı azərbaycanlılar üçün təqaüd proqramı təklif edir.

ADA Universiteti Gürcüstandakı azərbaycanlılar üçün təqaüd proqramı təklif edir.

InterPress.ge xəbər verir ki, bu barədə səfirliyin rəsmi Facebook səhifəsində qeyd olunub.

Elanda qeyd olunur ki, Azərbaycan Respublikasının qabaqcıl ali təhsil ocaqlarından olan ADA Universiteti 2023-2024-cü tədris ili üçün magistratura pilləsi üzrə “Təhsil üzrə menecment”, eləcə də “Təlim və tədrisin təşkili və metodikası” üzrə magistr ixtisaslarında Azərbaycan dilində təhsil almaq istəyən soydaşlarımız üçün təqaüd proqramı elan edir.

Sözügedən ixtisaslara qəbul olunan tələbələr təhsilini ADA Universitetinin Qazaxdakı Mərkəzində əyani və distant formada davam etdirməsi nəzərdə tutulur.
Xarici ölkə vətəndaşlarının bu ixtisaslara qəbulu namizədlərin ADA Universitetinə elektron ərizə formasını təqdim etməsi və müsahibədə iştirakı ilə həyata keçirilir.

Eyni zamanda, müsahibədən uğurla keçən namizədlər ADA Universitetin təqaüd proqramı çərçivəsində təhsil haqqı və nəqliyyat xərcləri ilə təmin olunurlar.

2022-ci ildə ADA Universitetinin Qazaxdakı Mərkəzində təhsil almaq üçün Gürcüstandakı soydaşlarımız tərəfindən çoxsaylı müraciətlər ünvanlanmış və 2022-2023-cü tədris ili üzrə təhsil almaq üçün 24 soydaşımız magistraturaya qəbul olunmuşdur.  

Növbəti tədris ilində də Gürcüstandakı soydaşlarımızın ADA Universitetinin imkanlarından yararlana bilməsi üçün aşağıda qeyd olunan elektron poçt ünvanına müraciət edə bilərlər: [email protected]

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →