Dmanisdə azyaşlı həmkəndlisini, 65 yaşlarında olan kişini bıçaqlayıb.
InterPress.ge xəbər verir ki, insidentdən əvvəl münaqişə baş verib.
Yaralının səhhətinin vəziyyəti stabildir və o, artıq klinikadan evə buraxılıb. Azyaşlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb, lakin tezliklə sərbəst buraxılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə istintaq aparılıb.
.jpeg)