Zuqdididən sonra Xobi Sakrebulo üzvləri də “Milli Hərəkat”ı tərk ediblər.
InterPress.ge xəbər verir ki, Sakrebulo fraksiyasının 10 üzvü xüsusi brifinqdə partiyadan ayrıldıqlarını bildiriblər.
Xobi Sakrebulosunda VMH-ın 11 üzvü olub. Bugünkü qərardan sonra partiyada yalnız bir üzv qalıb.Dünən Zuqdidi və Çiatura şuralarının üzvləri partiyanı tərk edib. Zuqdididəki fraksiyanı 22 deputatdan 14-ü, Çiaturada isə 5-i tərk edib. İndi "Milli Hərəkatın" Çiatura Sakrebulosunda heç bir mandatı yoxdur.
