InterPress.ge xəbər verir ki, Melianın sözlərinə görə, yeni partiya ağlabatan müddətdə yaradılacaq və sabahdan onun üzərində işlərə başlanacaq.
Milli Hərəkatın keçmiş üzvü bildirib ki, partiya Gürcüstan demokratiyası üçün çox şey edəcək.
“O, çox tezliklə, ağlabatan müddətdə qurulacaq. Sabahdan bu məsələ ilə bağlı işə başlayacağıq, uyğun müddətdə qurulacaq”, - deyə Nika Melia bildirib.
Xatırladırıq ki, bugünkü brifinqdə Melia “Milli Hərəkat”dan ayrılacağını açıqlamışdı.
