Kutaisidə köhnə, nasaz vəziyyətdə olan təcili yardım maşınları yanıb.
InterPress.ge xəbər verir ki, yanğın zamanı avtomobillər xəstəxananın yaxınlığında olub.
Yanğının səbəbi məlum deyil. Hadisə yerinə xilasedicilər səfərbər olunub, hazırda yanğın lokallaşdırılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
