Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Cozef Borrell: “Genişlənmə ən mühüm xarici siyasətdir - düzgün qərar qəbul etmək çox vacibdir“

286
Cozef Borrell: “Genişlənmə ən mühüm xarici siyasətdir - düzgün qərar qəbul etmək çox vacibdir“
Dinləmək üçün basın

"Genişlənmə ən mühüm xarici siyasətdir, ona görə də düzgün qərar qəbul etmək çox vacibdir"

"Genişlənmə ən mühüm xarici siyasətdir, ona görə də düzgün qərar qəbul etmək çox vacibdir"

InterPress.ge xəbər verir ki, bunu Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell Avropa Şurasının sammitinin keçirildiyi Brüsseldə jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu gün Avropa Şurasının xarici və təhlükəsizlik siyasəti ilə bağlı müzakirə edəcəyi çoxlu məsələlər var.

“Genişlənmə məsələsi, maliyyələşdirmə məsələsi, eləcə də Ukraynadakı müharibə və Qəzzada vəziyyət var. Hesab edirəm ki, biz Ukraynaya genişlənmə perspektivindən, eləcə də hərbi və maliyyə yardımı baxımından dəstəyimizi maksimum dərəcədə gücləndirməliyik. Ukraynaya dəstək davam etdirilməli və gücləndirilməlidir, çünki bu, təkcə Ukraynaya qarşı müharibə deyil, həm də təhlükəsizliyimizə qarşı müharibədir. Müzakirəmizin əhəmiyyətli bir hissəsi genişlənmə məsələsinə həsr olunacaq. Genişlənmə ən mühüm xarici siyasətdir. Bizim təkcə Ukrayna ilə deyil, Balkan regionunda və Qafqazda digər namizəd ölkələrlə daha güclü sabitlik potensialımız var. Ona görə də düzgün qərar qəbul etmək çox vacibdir”, - Borel bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →