Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Almaniyadan Gürcüstana deportasiya proseduru asanlaşır

579
Almaniyadan Gürcüstana deportasiya proseduru asanlaşır
Dinləmək üçün basın

Almaniya hökuməti Gürcüstanla miqrasiya haqqında saziş imzalayır və bu məqsədlə Almaniya Daxili İşlər Nazirliyinin rəhbəri Nensi Fesserin gələn həftə Tbilisiyə gələcəyi gözlənilir.

Almaniya hökuməti Gürcüstanla miqrasiya haqqında saziş imzalayır və bu məqsədlə Almaniya Daxili İşlər Nazirliyinin rəhbəri Nensi Fesserin gələn həftə Tbilisiyə gələcəyi gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə Almaniyanın “Spiegel” nəşri yazır.

Nəşrin yazdığına görə, sözügedən saziş deportasiya prosesinin daha da sadələşdirilməsini nəzərdə tutur, lakin Almaniyaya gedən Gürcüstan vətəndaşları kriteriyalara cavab verərsə, daha tez sığınacaq alacaqlar, yəni onların işlərinə daha qısa müddətdə baxılacaq.

"Biz bacarıqlı immiqrasiyanı təşviq edirik və eyni zamanda, Almaniyada qalmaq hüququ olmayan insanların geri göndəriləcəyi ilə bağlı məcburi razılaşmamız var", - Almaniyanın daxili işlər naziri  bildirib.

Xatırladırıq ki, bir neçə gün əvvəl Almaniya Federal Şurası Gürcüstan və Moldovanı təhlükəsiz ölkələr kimi tanıyıb. Bu qərar o deməkdir ki, bu ölkələrin vətəndaşlarının sığınacaq üçün müraciətlərinə daha tez baxılacaq və əksər hallarda rədd edilə bilər. Məhz təhlükəsiz ölkə statusuna görə Berlində Gürcüstan vətəndaşlarının siyasi təqiblərə məruz qalmadığını deyirlər.

“Bu saziş qeyri-qanuni miqrasiyanın effektiv məhdudlaşdırılması istiqamətində növbəti addımdır. Sığınacaqla bağlı müraciətlərin qəbulu nisbəti 0,3% təşkil edir”, - Almaniyalı nazir qeyd edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →