Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

2024-cü ildən xərçəngin erkən diaqnostikası proqramı başlayır

365
2024-cü ildən xərçəngin erkən diaqnostikası proqramı başlayır
Dinləmək üçün basın

"2024-cü ildən etibarən universal səhiyyə dövlət proqramına xərçəngin erkən diaqnostikası proqramı əlavə olunacaq. Bu, çox vacibdir, çünki bu, bizə daha çox həyat xilas etməyə imkan verəcək. Xərçəngin hər hansı növündən…

"2024-cü ildən etibarən universal səhiyyə dövlət proqramına xərçəngin erkən diaqnostikası proqramı əlavə olunacaq. Bu, çox vacibdir, çünki bu, bizə daha çox həyat xilas etməyə imkan verəcək. Xərçəngin hər hansı növündən şübhələnən kimi konkret klinikalarda yekun diaqnoz qoyulacaq və bu prosesin maliyyələşdirilməsi təmin ediləcək. Bu, xərçəngi ən erkən mərhələdə aşkar etməyə imkan verəcək. Belə vaxtlarda sağalma şansı daha yüksək olur”.

InterPress.ge xəbər verir ki, bunu işğal olunmuş ərazilərdən məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri deyib.

Zurab Azaraşvilinin sözlərinə görə, xərçəngin erkən diaqnostikası maliyyə baxımından daha effektivdir və bunu dünyanın müxtəlif ölkələrinin təcrübəsi də təsdiqləyir, burada erkən diaqnoz zamanı xərclər təxminən 40% azalır. Bununla belə, nazirin sözlərinə görə, ən vacib olan daha çox insanın həyatını xilas etmək imkanıdır.

Zurab Azaraşvili universal səhiyyə proqramının uğurlarından da danışıb. Onun sözlərinə görə, dövlət dünyanın aparıcı ölkələrində olduğu kimi öz vətəndaşlarının qayğısına qalır.

 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →