Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Parlament sədri Ermənistan Respublikasına qeyri-rəsmi səfər edib

318
Parlament sədri Ermənistan Respublikasına qeyri-rəsmi səfər edib
Dinləmək üçün basın

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili və nümayəndə heyəti Ermənistan Respublikasına qeyri-rəsmi səfər edib.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili və nümayəndə heyəti Ermənistan Respublikasına qeyri-rəsmi səfər edib.

InterPress.ge xəbər verir ki, parlamentin məlumatına görə, Papuaşvili səfər çərçivəsində Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanla görüşüb.

 Şalva Papuaşvili və Alen Simonyan iki ölkə arasında mövcud əlaqələri, o cümlədən ticarət və xalqlararası əlaqələri nəzərdən keçiriblər. Onlar parlament əməkdaşlığının dərinləşdirilməsi üçün konkret təşəbbüslərin həyata keçirilməsi barədə razılığa gəliblər.
Gürcüstan və Ermənistan parlamentlərinin sədrləri regional sülh və təhlükəsizlik məsələlərini və parlamentin sözügedən proseslərə cəlb olunması imkanlarını da müzakirə ediblər.
Alen Simonyan Papuaşvilini Gürcüstanın  Aİ üzvlüyünə namizəd statusu alması münasibətilə təbrik edib.

Qeyd edək ki, parlamentinin nümayəndə heyətinə parlament sədrinin birinci müavini Qiorqi Volski, xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze və Ermənistan parlamenti ilə dostluq qrupunun üzvü Anton Obolaşvili daxildir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →