Batumidə, Puşkin küçəsində evdə yanılı qalan yolka alovlanıb, bundan sonra alov mənzilə keçib
InterPress.ge xəbər verir ki, yerli "TV25 "telekanalının hadisə şahidinə əsaslanaraq yazdığına görə, yanğın evdə heç kim olmadığı zaman baş verib. Qonşular yanğın-xilasetmə xidmətinə zəng edib.
"Evdə heç kim yoxdur, bayıra çıxıblar, şam ağacını yanılı vəziyyətdə qoyublar və o, alovlanıb. Qonşular yanğınsöndürənləri çağırıb, xilasedicilər işləyir". - hadisə şahidi bildirib.
Əraziyə patrul polisi səfərbər olunub.
