Batumidə sahildə orta yaşlı kişi ölü tapılıb.
InterPress.ge xəbər verir ki, hadisənin gecə saatlarında baş verdiyi ehtimal edilir.
Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerinə səfərbər edilib.
Hələlik qətlə görə heç kim saxlanılmayıb.
Məlumata görə, orta yaşlı kişi soyuq silahla 9 dəfə bıçaqlanıb.
