Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Avropaya inteqrasiya üzrə fəaliyyət planı AŞ-yə təqdim edilib

352
Avropaya inteqrasiya üzrə fəaliyyət planı AŞ-yə təqdim edilib
Dinləmək üçün basın

Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Avropa İttifaqına (Aİ) üzvlüyə nail olmaq üçün konkret fəaliyyət planı olan sənədin baxılması üçün Avropa Şurasına göndərildiyini açıqlayıb.

Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Avropa İttifaqına (Aİ) üzvlüyə nail olmaq üçün konkret fəaliyyət planı olan sənədin baxılması üçün Avropa Şurasına göndərildiyini açıqlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın “Pirveli” nəşri yazıb.

Gürcüstanın xarici işlər naziri jurnalistlərlə görüşdə Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti ilə yaxınlaşmanın sənədin əsas komponentlərindən biri olduğunu söyləyib.

“Gürcüstan ümumilikdə Avropa İttifaqının xarici siyasətinə uyğundur, hərçənd bizim xarici siyasətimiz prizmasından baxıldıqda özündə ölkəmizin ərazi bütövlüyü və suverenliyi üçün risklər daşıyan həssas məsələlər də var”, - İ.Darçiaşvili bildirib.

O, dezinformasiya ilə mübarizə üçün kommunikasiya strategiyasının qəbulundan, həmçinin Gürcüstanda siyasi qütbləşmənin yumşaldılması və müxalifətin qanunvericilik prosesinə daha fəal cəlb edilməsi planlarından danışıb.

“Bizim əsas məqsədimiz odur ki, bu islahatlar dönməz olsun və Gürcüstan, hökumətimiz addım-addım bu islahatları həyata keçirsin”, - XİN başçısı vurğulayıb.

Daha əvvəl Gürcüstanda Avropa İttifaqına inteqrasiya üzrə yenidən addımlar elan edilmişdi. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili müxalifəti və vətəndaş sektorunu planın hazırlanmasına qoşulmağa çağırmışdı. Papuaşvilinin fikrincə, bu halda Gürcüstan Aİ-yə üzv olmaq üçün namizəd statusu almaq yolunda lazım olan nəticəni əldə edəcək.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →