Rustavidə bir ailənin beş üzvü, o cümlədən azyaşlı təbii qazdan zəhərlənib.
InterPress.ge xəbər verir ki, bu barədə "İnfo Rustavi" məlumat yayıb.
Məlumata görə, evdə karbon qazının toplanmasına su qızdırıcısının nasazlığı səbəb olub.
Onların hər 5-nə müvafiq tibbi yardım göstərilib, həyatları təhlükə altında deyil.
