Bidzina İvanişvilinin sərvəti son 10 ildə rekord həddə çatıb.
InterPress.ge xəbər verir ki, bu barədə " Bloomberg" nəşri yazıb.
Oliqarxın sərvəti bu il ən yüksək həddə, 6 milyard dollardan çox olub.
“Bloomberg” milyarder indeksinə görə, oliqarxın sərvəti indeksdə ən böyükdür və əvvəlki illə müqayisədə 855 milyon dollar artıb. Nəşr 2013-cü ildən “Gürcü arzusu”nun təsisçisinin əmlakını qiymətləndirir.
