Qoridə hərbçi yaşayış binasında ölü tapılıb.
InterPress.ge xəbər verir ki, sözügedən məlumatı Müdafiə Nazirliyi yayıb.
İlkin məlumata görə, ölümə səbəb su qızdırıcısının nasazlığı və nəticədə təbii qazdan zəhərlənmə olub.
“Müdafiə Nazirliyi hərbi qulluqçu, 1982-ci il təvəllüdlü kapral İvane Qoqidzenin faciəli şəkildə ölümündən kədərləndiyini bildirir və mərhumun ailəsinə başsağlığı verir", - deyə bildirilib.
