Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Bu gün “Gürcü Arzusu” partiya qurultayı keçirəcək

519
Bu gün “Gürcü Arzusu” partiya qurultayı keçirəcək
Dinləmək üçün basın

Bu gün “Gürcü Arzusu” partiya qurultayı keçirəcək.

Bu gün “Gürcü Arzusu” partiya qurultayı keçirəcək.

InterPress.ge xəbər verir ki, qurultayda 350-yə yaxın nümayəndə iştirak edəcək.

İş rejimində ümumi siyasi məsələlər və 2024-cü il parlament seçkilərinə hazırlıqla bağlı məsələlər müzakirə olunacaq.

 “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidzenin sözlərinə görə, partiyanın yeni nizamnaməsinə əsasən, siyasi şuraya 20 deyil, 15 üzv seçiləcək, parlamentin keçmiş sədri Kaxa Kuçava və keçmiş səhiyyə naziri Ekaterine Tikaradze isə onların arasında olmayacaq, lakin partiyanın üzvü olaraq qalacaqlar.

Bundan əlavə, mövcud məlumata görə, bu gün Siyasi Şuranın aşağıdakı tərkibi təsdiq olunmaq üçün qurultaya təqdim olunacaq - İrakli Qaribaşvili, Kaxa Kaladze, Şalva Papuaşvili, Mamuka Mdinaradze, Dimitri Samxaradze, Tea Tsulukiani, Vaxtanq Qomelauri, Tornike Rijvadze, Giorgi Volski, Arçil Talakvadze, İrakli Çikovani, Anri Oxanaşvili, Nikoloz Samxaradze, Maka Boçorişvili, Mariam Kvrivişvili. Partiyanın nizamnaməsinə əsasən, siyasi şuranın tərkibinə vəzifəsi üzrə partiya sədri daxildir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →