"Əzizlərim, sizi Yeni il və Milad bayramı münasibətilə təbrik edirəm".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə dərc olunan məktubunda yazıb.
Saakaşvilinin sözlərinə görə, 2024-cü il Gürcüstan üçün həlledici olacaq.
“Əzizlərim, Yeni iliniz və Milad bayramınız mübarək. Sizi çox sevirəm, sizin sevginiz məni bura gətirdi. 2024-cü il Gürcüstanın taleyi üçün həlledici olacaq. Siz mənə güvənməlisiniz, mən də sizə güvənirəm. Öz gücünüzə sona kimi inanmalısınız və bir vaxtlar Avropa məsələsində bizə qələbə gətirən bu inam nəhayət 2024-cü ildə bizi qalib edəcək. Sizi sevirəm”, - Mixeil Saakaşvili yazıb.
.jpeg)