Qar və buzla əlaqədar olaraq, daxili əhəmiyyətli Zuqdidi-Cvari-Mestiya-Lasdili avtomobil yolunun km70-km185 (Xaişi- Uşquli) hissəsində qoşqu, yarımqoşqu və 30 nəfərlik yerdən çox tutuma malik avtobusların hərəkəti qadağan edilib.
InterPress.ge xəbər verir ki, bu barədə Avtomobil Yolları Departamenti məlumat yayıb.
Məlumata görə, km138- km185 (Mestiya-Uşquli) hissəsində isə sürüşməyə qarşı zəncirlərdən istifadə etməklə avtomobillərin hərəkətinə icazə verilir.
Avtomobil yolunun km1-km70 (Zuqdidi-Xaişi) hissəsində avtomobillərin hərəkəti sərbəstdir.
