Rusiyanın “Azimut” aviaşirkəti Gürcüstana uçuşları artırıb.
InterPress.ge xəbər verir ki, bu dəfə Ukraynanın sanksiya etdiyi şirkət Ufa və Tbilisi arasında uçuşlara başlayır.
İlk uçuş yanvarın 26-da baş tutacaq. Belə ki, “Azimut” artıq Rusiyanın 4 şəhərindən Tbilisi və Batumi istiqamətində uçuşlar həyata keçirir.
Məhz “Azimut” bir neçə illik fasilədən sonra Rusiyadan ilk uçuşu həyata keçirən ilk aviaşirkət olub. Ümumilikdə Rusiya və Gürcüstan şəhərləri arasında 300-ə yaxın uçuş icazəsi verilib.
Analitiklərin fikrincə, hava nəqliyyatının yenilənməsi Gürcüstana xüsusi maliyyə faydası gətirmədi və siyasi baxımdan ziyan vurdu.
