InterPress.ge xəbər verir ki, hadisə Nikea küçəsində, köçkünlərin yataqxanasında baş verib.
Əldə olan məlumata görə, zəhərlənən şəxslər bir ailənin üzvləridir. Özləri kömək istəyiblər, bundan sonra qonşular təcili yardım çağırıblar. Onların beşi də klinikaya köçürülüb.
Hadisə yerinə “SOCAR Georgia Gas” şirkətinin nümayəndələri gəliblər. Onların ailəsinə təbii qazın verilməsi dayandırılıb.
