Ötən il Gürcüstan rekord sayda smartfon alıb
2023-cü ilin 11 ayında Gürcüstan xaricdən 247,7 milyon dollar dəyərində cib telefonu alıb ki, bu da idxalın rekord həcmidir. 2022-ci illə müqayisədə bu məbləğ 59 milyon dollar və ya 31% çoxdur.
InterPress.ge xəbər verir ki, bu barədə məlumat idxal statistikasında öz əksini tapıb.
İdxal statistikasına əsasən, Gürcüstana ən çox smartfonlar qlobal telefon ticarətinin mühüm mərkəzlərindən biri olan Birləşmiş Ərəb Əmirliklərindən idxal edilir, çünki idxalçılar mobil telefonları BƏƏ vasitəsilə daha rəqabətli qiymətə ala bilirlər. Telefonların 63%-i BƏƏ-dən gətirilib. İkinci yerdə 52 milyon dollarlıq idxalla Çexiya qərarlaşıb. Reytinqdə üçüncü yeri son illərdə ən böyük telefon istehsalçılarından birinə çevrilmiş Vyetnam tutur.
Gürcüstana mobil telefonların idxal olunduğu ölkələr:
1) Birləşmiş Ərəb Əmirlikləri - 156 408 860 dollar;
2) Çexiya - 51 945 670 dollar;
3) Vyetnam - 20 940 540 dollar;
4) Honq Konq - 9 446 340 dollar;
5) Hindistan - 5 630 980 dollar.
Mobil telefonların təkrar ixracına gəlincə, Gürcüstandan xaricə (əsasən Ermənistan və Azərbaycana) 2,9 milyon dollar dəyərində smartfon ixrac edilib. Bu, 2022-ci illə müqayisədə beş dəfə azdır


