Bu gün Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin növbəti məhkəməsi keçiriləcək.
InterPress.ge xəbər verir ki, külli miqdarda büdcə vəsaitini qrup şəklində mənimsəməkdə təqsirləndirilən sabiq prezidentin işinə Tbilisi Şəhər Məhkəməsində baxılması saat 11:00-a təyin edilib.
Məlumat üçün bildirək ki, bu işdə Dövlət Xüsusi Mühafizə Xidmətinin keçmiş rəisi Teymuraz Canaşia də təqsirləndirilir. Prokurorluq təqsirləndirilən şəxsləri külli miqdarda büdcə pulunu - 9 milyon larini mənimsəməkdə ittiham edir.
.jpeg)