Duman və zəif görmə səbəbindən Tbilisi Beynəlxalq Hava Limanı uçuşları qəbul etməkdə çətinlik çəkir.
InterPress.ge xəbər verir ki, bu səbəbdən “Georgian Airways” aviaşirkətinə məxsus Moskva-Tbilisi reysi Tbilisi əvəzinə Kutaisi Beynəlxalq Hava Limanına enib.
İrəvan-Tbilisi reysini yerinə yetirən “Air Dilians” aviaşirkətinin təyyarəsi isə yenidən İrəvana dönüb. Və Bakı-Tbilisi marşrutu üzrə xidmət göstərən AZAL aviaşirkətinin reysi də Bakıya qayıdıb.Tehrandan Tbilisiyə uçan “Qeshm Air” də geri qayıdıb.
