Bakıda baş verən partlayış nəticəsində ölənlərin sayı 6-ya çatıb.
InterPress.ge xəbər verir ki, məlumatı Azərbaycan mətbuatı yayıb.
KİV -in məlumatına görə, Bakıda mebel sexində baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 24 nəfər yaralanıb.
Azərbaycan Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev bildirib ki, yanğın tam söndürülüb, sexin ərazisində axtarış-xilasetmə işləri davam etdirilir.
