Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

İrakli Ğaribaşvili: "Rusiya hələ də ərazilərimizi işğal etməkdə davam edir"

392
İrakli Ğaribaşvili: "Rusiya hələ də ərazilərimizi işğal etməkdə davam edir"
Dinləmək üçün basın

"Biz 2008-ci ildə müharibədən keçdik və o vaxtdan bəri Rusiya ərazimizdə hərbi bazalar tikib və torpaqlarımızı işğal etməkdə davam edir, lakin bu təhlükəsizlik problemlərinə baxmayaraq, biz misli görünməmiş, fasiləsiz…

"Biz 2008-ci ildə müharibədən keçdik və o vaxtdan bəri Rusiya ərazimizdə hərbi bazalar tikib və torpaqlarımızı işğal etməkdə davam edir, lakin bu təhlükəsizlik problemlərinə baxmayaraq, biz misli görünməmiş, fasiləsiz sülh və sabitlik onilliyini təmin edə bilmişik".

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Davos İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiyanın yeni şəfəqi?” panel müzakirəsində çıxışı zamanı deyib.

Hökumət başçısının sözlərinə görə, müstəqillik bərpa edildikdən sonra ölkədə belə dinc və sabit vəziyyət olmayıb.

“Cənubi Qafqazın təhlükəsizliyinə gəlincə, ilk növbədə suveren ərazilərimizin işğalını qeyd etməliyəm. Rusiya hələ də torpaqlarımızın 20 faizini işğal altında saxlayır. Dünən bu məsələ ilə bağlı söhbətimiz oldu. Biz 2008-ci ildə müharibədən keçdik və o vaxtdan bəri Rusiya ərazimizdə hərbi bazalar tikib və torpaqlarımızı işğal etməkdə davam edir, lakin bu təhlükəsizlik problemlərinə baxmayaraq, biz misli görünməmiş və fasiləsiz sülh və sabitlik onilliyini təmin edə bilmişik, bu da Gürcüstana rifah və iqtisadi artım gətirdi. Müstəqilliyi bərpa etdikdən sonra bizdə ölkədə belə sakit və sabit vəziyyət olmayıb”, - deyə baş nazir bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →