Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Prokurorluq 3 həmkəndlisini yaralayan şəxsə qarşı ittiham irəli sürüb

374
 Prokurorluq 3 həmkəndlisini yaralayan şəxsə qarşı ittiham irəli sürüb
Dinləmək üçün basın

Gürcüstan Prokurorluğu Telavi rayonunun Lafankuri kəndində bir nəfərə qarşı ağırlaşdırıcı şəraitdə adam öldürməyə cəhd faktı üzrə ittiham irəli sürüb

Gürcüstan Prokurorluğu Telavi rayonunun Lafankuri kəndində bir nəfərə qarşı ağırlaşdırıcı şəraitdə adam öldürməyə cəhd faktı üzrə ittiham irəli sürüb

InterPress.ge xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb.

Qurumun məlumatına görə, aparılan istintaqla müəyyən edilib ki, yanvarın 21-də təqsirləndirilən şəxs fiziki qarşıdurma zamanı qisas məqsədilə münaqişədə iştirak edən iki nəfəri odlu silahdan bir neçə dəfə atəşə tutaraq yaralayıb. Həmçinin münaqişə zamanı təqsirləndirilən şəxsin açdığı atəş nəticəsində onun öz dostu yaralanıb. Hadisə yerinə gələn şəxslər təqsirləndirilən şəxsin əlindən odlu silahı götürüb və onun atəşi davam etdirməsinə imkan verməyiblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi yanvarın 22-də saxlayıb. O, Gürcüstan Cinayət Məcəlləsinin 19-cu maddəsinin 109-cu maddəsinin “b” və “l” bəndləri (ağırlaşdırıcı şəraitdə, başqalarının həyatına və ya sağlamlığına qəsdən təhlükə törədən üsulla iki və ya daha çox şəxsi öldürməyə cəhd) ilə ittiham olunub. , Hansı ki, cəzanın növü və ölçüsündə on altı ildən iyirmi ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutulur.

Artıq prokurorluq təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə müraciət edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →