“İmedi”nin məlumatına görə, İrakli Kobaxidze baş nazir postunda İrakli Ğaribaşvilini əvəz edəcək.
InterPress.ge xəbər verir ki, "İmedi"nin məlumatına görə, müvafiq qərar “Gürcü Arzusu”nun siyasi şurasının yanvarın 24-də keçirilən qurultayında qəbul edilib və fevralın 1-də ictimaiyyətə açıqlanacaq.
“İmedi” bildirib ki, fevralın 1-də “Gürcü Arzusu”nun partiya qurultayının keçirilməsi planlaşdırılır.
“Bundan başqa, İrakli Kobaxidze “Gürcü Arzusu” partiyasının siyasi katibi postunu da tutacaq”, - “İmedi” bildirib.
