Niderland Ukraynaya hərbi yardım üçün 122 milyon avro ayırır
Niderland Ukraynaya hərbi yardım üçün 122 milyon avro ayırır.
InterPress.ge xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri Kaysa Olonqren bildirib.
Onun izahına görə, yeni yardım paketi çərçivəsində vəsaitin böyük hissəsi - 87 milyon avro Ukrayna üçün 155 millimetrlik artilleriya sursatının alınmasına sərf olunacaq. 25 milyon avro Böyük Britaniyanın rəhbərlik etdiyi və hərbi texnikanın birbaşa istehsalçılardan birgə alınmasını maliyyələşdirən Ukrayna Beynəlxalq Fonduna veriləcək - xüsusilə, hava hücumundan müdafiə sistemlərinin, döyüş sursatlarının və ehtiyat hissələrinin alınmasına sərf olunacaq.
10 milyon avro Ukrayna müdafiə təmas qrupunun son iclasından sonra Niderlandın qoşulduğu İT-koalisiya çərçivəsində Ukraynada kibermüdafiəni gücləndirmək üçün istifadə olunacaq.
"Ukraynanı təkcə qısa müddətdə deyil, həm də uzunmüddətli perspektivdə dəstəkləmək çox vacibdir. Xüsusilə indi Ukraynaya kömək etdiyimizi göstərmək vacibdir”, - deyə Kaysa Olonqren bildirib.


