Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Şalva Papuaşvili: Planımız hökumətin tərkibini gələn həftənin sonuna kimi müzakirə etməkdir

309
Şalva Papuaşvili: Planımız hökumətin tərkibini gələn həftənin sonuna kimi müzakirə etməkdir
Dinləmək üçün basın

Gələn həftənin sonuna kimi hökumətin yeni tərkibinin və hökumətin planının plenar iclasda müzakirəsi və səsvermənin keçirilməsi planlaşdırılır.

Gələn həftənin sonuna kimi hökumətin yeni tərkibinin və hökumətin planının plenar iclasda müzakirəsi və səsvermənin keçirilməsi planlaşdırılır.

InterPress.ge xəbər verir ki, bu barədə Parlamentin sədri Şalva Papuaşvili açıqlama verib.

Onun sözlərinə görə, hökumətin yeni tərkibinin komitə dinləmələri gələn həftənin bazar ertəsindən başlayacaq.

 “Ümumi prosedura gəlincə, sizə deyim ki, İrakli Kobaxidze artıq sabah parlamentdə hökumətin tərkibi və hökumət proqramı ilə çıxış edəcəyini açıqlayıb. Sabah saat 17:00-da büronun iclası olacaq və gündəliyi müzakirə edəcəyik. Gələn həftədən, bazar ertəsindən hökumətin tərkibi ilə bağlı komitə dinləmələri olacaq və planımız ondan ibarətdir ki, həftənin sonunadək, cümə axşamı sessiyasında biz böyük ehtimalla plenar iclasda hökumətin tərkibini və hökumət proqramını müzakirə edəcəyik və hökumətin yeni tərkibinə səs verəcəyik", - Papuaşvili bildirib.

O, jurnalistlərin suallarına cavab olaraq onu da qeyd edib ki, müxalifət hökumətin yeni tərkibini dəstəkləməsə belə, problem olmayacaq.

“Müxalifət iqtidarı dəstəklədiyi anda o, artıq müxalifət deyil, ona görə də burada təəccüblü heç nə yoxdur. Müxalifətin özü iqtidarda olmayan siyasi qüvvədir, ona görə də onların iqtidara dəstək verməyəcəyini başa düşmək olar. Burada heç bir problem yoxdur”, - Papuaşvili bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →