05 
Fev
2024
12:36
482

14 kiloqram partlayıcı maddə bir sıra ölkələrdən keçirilərək Rusiyaya aparmaq üçün Gürcüstana gətirilib

14 kiloqram partlayıcı maddə Ukraynanın Odessa şəhərindən Rumıniya, Bolqarıstan və Türkiyədən keçməklə “Sarp” keçid məntəqəsi vasitəsilə Gürcüstana gətirilib.

InterPress.ge xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qurumun bildirdiyinə görə, partlayıcı maddələr Ukrayna vətəndaşına məxsus mikroavtobus tipli nəqliyyat vasitəsi ilə gətirilib və "Dariali" nəzarət-buraxılış məntəqəsi vasitəsilə Rusiya Federasiyasına, konkret olaraq Voronej şəhərinə aparılması nəzərdə tutulub. 

DTX-nin məlumatına görə, ələ keçirilən cihazların ilkin tədqiqi nəticəsində müəyyən edilib ki, hər altı qurğu yüksək səviyyəli mütəxəssis tərəfindən hazırlanıb. Qurumun məlumatına görə, insanların sıx olduğu yerlərdə belə qurğunun işə salınması infrastruktura ciddi ziyan vuracaq və külli miqdarda insan tələfatına səbəb olacaqdı.

Müəyyən edilib ki, partlayıcı qurğuların tərkibində elektrik detonator və xüsusi taymer vasitəsilə işə salına bilən hərbi təyinatlı plastik partlayıcı C-4 var. Konteynerlərə 6 ədəd detonator və 6 ədəd xüsusi açar da yerləşdirilib. 

Məlum olub ki, sifarişçinin tələbi ilə qərar dəyişdirilib və prosesdə iştirak edən şəxslər 3 partlayıcı qurğunun yerləşdirildiyi konteynerlərdən birini qeyd olunan məntəqədən ölkədən çıxarmağa cəhd ediblər. Üç partlayıcı qurğunun olduğu ikinci konteyner isə Tbilisidə konkret ünvanda qalıb. Sözügedən sifariş antiterror mərkəzinin əməkdaşları tərəfindən Gürcüstan-Rusiya dövlət sərhədini Gürcüstan tərəfdən keçməli olduğu vaxt dayandırılıb. 

İş materiallarına görə, prosesi Ukrayna vətəndaşı, 2020-ci ildə Odessa rayonunun yerli Radasının Kiyev dairəsinə “Xalqın qulluqçusu” partiyasından deputatlığa namizədi, əslən Batumidən olan Andrey Şaraşidze təşkil edib. Adıçəkilən şəxs Gürcüstandan kənarda yuxarıda qeyd olunan partlayıcı qurğuların hərəkətini fəal şəkildə izləyib. 7 Gürcüstan, 3 Ukrayna, 2 Ermənistan vətəndaşının da cinayət əməlində iştirak etdiyi məlum olub.

Hazırda cinayət əməlində iştirak edən şəxslərin ifşa edilməsi, xüsusi partlayıcı qurğuların hazırlanması, hərəkət marşrutunun, son təyinat məntəqəsinin müəyyən edilməsi, basqın obyektlərinin müəyyən edilməsi və sübutların əldə edilməsi istiqamətində fəal istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

 

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər