Mamuka Mdinaradze Zurabişvili ilə bağlı: "Bu gün o, artıq adi radikal müxalifətçi kimi özünü təsdiqləyib"
"Salome Zurabişvili, yumşaq desək, son dərəcə tendensiyaya meyllidir və bu gün o, artıq adi radikal müxalifətçi kimi özünü təsdiqləyib".
InterPress.ge xəbər verir ki, “Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze prezident Salome Zurabişvilinin bəyanatlarını belə qiymətləndirib.
Mdinaradze prezidentlə bağlı qeyd edib ki, bir az da obyektiv olmaq istəyəndə ölkədə gedən yaxşı proseslər haqqında heç olmasa bir kəlmə söz deməlisən.
"Bunu beynəlxalq təşkilatlar bütün istiqamətlərdə vurğulayırlar. Yadınızdadır, əvvəlki günlərdə, həftələrdə, aylarda belə təşkilatların çoxlu araşdırmaları, hesabatları dərc olundu. [Salome Zurabişvili] onların heç biri ilə bağlı bir mesaj da səsləndirməyib. Salome Zurabişvili, yumşaq desək, son dərəcə tendensiyaya meyllidir və bu gün o, artıq adi radikal müxalifətçi kimi özünü təsdiqləyib".


