07 
Fev
2024
08:50
148

Tbilisidə Azərbaycanın prezident seçkiləri üzrə səsverməyə start verilib

Fevralın 7-nə təyin olunmuş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Azərbaycanın Gürcüstandakı səfirliyində 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 47 saylı Məntəqə Seçki Komissiyası (MnSK) yaradılıb.

InterPress.ge xəbər verir ki, fevralın 7-də səhər saat 8:00-da məntəqə açılıb və səsvermə başlayıb.

Məntəqə Seçki Komissiyasının sədri, səfir Faiq Quliyev bildirib ki, bu seçkilər ölkəmiz üçün tarixi hadisədir. Müstəqilliyin bərpasından sonra ilk dəfədir ki, Azərbaycanın bütün bölgələrində prezident seçkiləri keçirilir.

Onun sözlərinə görə, hazırda Gürcüstanda çalışan, təhsil alan, müvəqqəti ezamiyyətdə olan 18 yaşına çatmış və səsvermə hüququna malik Azərbaycan Respublikasının vətəndaşları bu gün səfirlikdə istədikləri namizədə səs verə biləcəklər. Bunun üçün səfirlikdə hər cür şərait yaradılıb.

Vətəndaşları fəal səsverməyə dəvət edən səfir özü ilk növbədə səs verib.

Diplomat səfirlik əməkdaşlarına və səs vermək üçün səfirliyə gələn insanlara uğurlar arzulayıb.

Qeyd edək ki, səsvermə Tbilisi vaxtı ilə saat 19:00-da başa çatacaq.

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar dünyanın 37 ölkəsində 49 seçki məntəqəsi yaradılıb. Onlardan ikisi Gürcüstan ərazisindədir.

16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 47 saylı Məntəqə Seçki Komissiyası (MnSK) Azərbaycanın Tbilisidəki səfirliyində, yaradılıb 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 41 saylı Məntəqə Seçki Komissiyası isə Batumidə yaradılıb.

Hər iki məntəqə səsverməyə hazırdır.

Bizimlə əlaqə saxlayın