Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliklərində səsvermə yekunlaşıb
Azərbaycanın növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Tbilisidəki səfirliyində, Batumi şəhərindəki Baş konsulluğunda keçirilən səsvermə saat 19:00-da başa çatıb.
InterPress.ge xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bildirib ki, 16 saylı Yasamal ikinci seçki dairəsinin nəzdində yaradılmış 47 saylı seçki məntəqəsində vətəndaşlarımız yüksək fəallıq göstəriblər. Seçicilərin 89,04 faizi səs verib. Səsvermə tam azad, şəffaf və demokratik qaydada keçib. Heç bir qanun pozuntusu qeydə alınmayıb.
Baş Konsul Pərviz İsmayılzadə də bildirib ki, 16 saylı Yasamal ikinci seçki dairəsinin nəzdində yaradılmış 57 saylı seçki məntəqəsində Batumidə müvəqqəti yaşayan, işləyən və təhsil alan Azərbaycan vətəndaşları səsvermədə yüksək fəallıq göstəriblər.
Seçicilərin 100 faizi səsvermədə iştirak ediblər.