08 
Fev
2024
00:15
153

Azərbaycan MSK səsvermənin ilkin nəticələrini elan etdi: İlham Əliyev 92,1% səslə liderdir

Bu gün Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin ilkin nəticələri elan olunub.

InterPress.ge-nin xəbərinə görə, bu barədə nəticəni Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov media nümayəndələri üçün rəhbərlik etdiyi qurumun təşkil etdiyi brifinqdə açıqlayıb.

MSK sədri bildirib ki, ilkin nəticələrə əsasən hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,1 faiz səslə prezident seçkilərində liderlik edir.

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc 2,2 faiz,

Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,79 faiz,

Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 1,99 faiz,

Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,66 faiz,

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,78 faiz,

Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə 0,48 faiz səs toplayıb.

O, qeyd edib ki, bülletenlərin 54,47 faizi hesablanıb.

M.Pənahov bildirib ki, indiyə qədər respublika üzrə 2 milyon 715 min 680 nəfər səs verib, sayılmış bülletenlərin sayı 2 milyon 715 min 667-dir.

“Ötən seçkilərlə müqayisədə bu seçkilərdə 1 milyondan çox seçici iştirak edib. Bu da çox yaxşı nəticədir”, - Məzahir Pənahov qeyd edib. Onun sözlərinə görə, hazırda 3 561-dən çox nəticə daxil olub. “Məntəqələrdən nəticələr daxil olmaqdadır. Hesab edirik ki, bu axşam 90 faizdən artıq məntəqələrdən daxil olan nəticələri elan etmək imkanımız olacaq”, - MSK sədri vurğulayıb.

Bizimlə əlaqə saxlayın