09 
Fev
2024
12:03
624

İstanbul bazarında silahlı atışma olub - Ölənlər var

Rustavidə İstanbul bazarında baş verən silahlı atışma nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, 1988-ci il təvəllüdlü Q.O. bazarın ərazisində bir neçə dəfə atəş açıb. Ölənlər arasında təqsirləndirilən şəxsin əmisi də var, yaralanan isə əmisi oğludur.

DİN-in İctimai Təhlükəsizliyi İdarəetmə Mərkəzinə Rustavi şəhərindəki İstanbul bazarı ərazisində atışma olması barədə məlumat daxil olub. Məlumat daxil olan kimi Daxili İşlər Nazirliyinin müvafiq bölmələrinin nümayəndələri dərhal hadisə yerinə gedib.

Müəyyən edilib ki, 1988-ci il təvəllüdlü Q.O bazarın ərazisində bir neçə dəfə atəş açıb.

Atışma nəticəsində 4 nəfər, o cümlədən müttəhimin adıçəkilən bazarda işləyən əmisi ölüb. Və bir nəfər, təqsirləndirilən şəxsin əmisi oğlu yaralanıb.

Yaralı xəstəxanaya yerləşdirilib, orada müvafiq tibbi yardım göstərilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Q.O.-nu hadisə yerində saxlayıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində səfərbər olunub və bütün müvafiq tədbirlər görülür.

Bizimlə əlaqə saxlayın