InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.
“Beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 88-ci km-də yerləşən Qori avtomobil tunelində işlər yekunlaşıb və tunellə avtomobillərin hərəkəti bərpa edilib”, - Avtomobil Yolları Departamentinin məlumatında deyilir.
