Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Türkiyə XİN başçısı: Ankara Gürcüstan və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir

288
Türkiyə XİN başçısı: Ankara Gürcüstan və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir
Dinləmək üçün basın

Rəsmi Ankara Gürcüstan və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.

Rəsmi Ankara Gürcüstan və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.

InterPress.ge xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, görüşdə Abxaziya və Cənubi Osetiyadakı durum da müzakirə olunub: “Bu regionlardakı problemlər Gürcüstanın suverenliyi, ərazi bütövlüyü əsasında həllini tapmalıdır. Bu məsələ ilə bağlı qətiyyətli mövqeyimizi bu gün bir daha dilə gətirdik. Problemlərin həlli ilə bağlı Türkiyənin verə biləcəyi töhfələr barədə də danışdıq”.

H.Fidan söyləyib ki, o, həmkarı ilə həm də Şərqi Avropada davam edən savaş barədə danışıb: “Ukraynanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı mövqeyimizi də diqqətə çatdırdıq. Bu müharibənin beynəlxalq hüquq prinsipləri əsasında, ədalətli şəkildə başa çatması barədə fikir mübadiləsi apardıq”.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →