19 
Fev
2024
11:48
344

Yanvarda Gürcüstanda mallarla xarici ticarət dövriyyəsi 14,8 faiz azalıb

2024-cü ilin yanvar ayında Gürcüstanda mallarla xarici ticarət dövriyyəsi (bəyan edilməmiş ticarət olmadan) 1 341,3 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,8 faiz azdır.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat verib.

Sakstat-ın məlumatına görə, ixrac 338,6 mln. ABŞ dolları təşkil edib, yəni 26,2 faiz azalıb, idxal isə 1 002,7 mln. ABŞ dolları olub, yəni azalma 10,1 faiz təşkil edib.

2024-cü ilin yanvar ayında Gürcüstanın mənfi ticarət saldosu 664,1 mln. ABŞ dolları xarici təşkil edib ki, bu da ticarət dövriyyəsinin 49,5 faizi deməkdir.

Hesabata əsasən, 2024-cü ilin yanvarında Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində on ən böyük ticarət tərəfdaşı ölkənin payı 67,8 faiz təşkil edib. Ölkənin ən böyük ticarət tərəfdaşları bu ölkələrdir: Türkiyə - 232,6 mln. ABŞ dolları, Rusiya - 190,0 mln. ABŞ dolları və Çin - 96,4 mln. ABŞ dolları.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər