20 
Fev
2024
19:19
362

 Ekoloji təşəbbüs qrupu " Yaşıl Düşüncə" "plastik çirkləndirməni dayandır" mövzusunda qrafik poster müsabiqəsi elan edir! 

 Ekoloji təşəbbüs qrupu " Yaşıl Düşüncə" Marneuli bələdiyyəsində yaşayan gənclər üçün "plastik çirkləndirməni dayandır" mövzusunda qrafik poster müsabiqəsi elan edir! 

InterPress.ge xəbər verir ki,v qrafik poster müsabiqəsinin əsas məqsədi cəmiyyətdə plastikin mənfi xüsusiyyətləri, plastik çirklənməyə qarşı mübarizə yolları və ümumiyyətlə təbiətin plastiklə çirklənməsi problemləri haqqında əhalini maarifləndirməkdir.

 Müsabiqədə Marneuli bələdiyyəsində yaşayan 14-25 yaş arası istənilən gənc iştirak edə bilər. Müsabiqənin iştirakçısı maksimum 5 iş təqdim edə bilər. Posterləri iki dildə, gürcü və yaxud azərbaycan dilində, hər hansı bir qrafik dizayner proqramında hazırlaya bilərsiniz.

 Müsabiqədə iştirak etmək üçün poster aşağıdakı meyarlara cavab verməlidir:

 Ətraf mühitin plastiklə çirklənməsi ilə bağlı problemləri və onun azaldılması yollarını əks etdirmək;

 Müəllifin orijinal əsəri olmalıdır;

 Yaradıcı olmalıdır;

  Müsabiqə nəticəsində 3 qalib elan olunacaq və simvolik hədiyyələr və sertifikatlarla təltif olunacaqlar.

Müsabiqədə iştirak etmək istəyənlər hazırladıqları posterləri fevralın 26- dan gec olmayaraq elektron şəkildə, PDF formatında [email protected] elektron poçt ünvanına və yaxud +995 571 50 73 48 whatsapp hesabına göndərməlidirlər.

 Göndərərkən müəllifin adını, soyadını və əlaqə məlumatlarını göstərin.

Hər birinizə uğurlar  arzulayırıq!

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər