Pensiyaçılar üçün yeni qərar qəbul edildi
150 mindən çox pensiyaçının kredit faizləri azaldılacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Milli Bankın prezidenti vəzifəsini icra edən Natia Turnava və Liberty Bank”ın baş direktoru Beka Qoqiçaişvili ilə görüşündə hökumət administrasiyasında keçirilən iclasda belə qərar qəbul edilib.
Hökümət administrasiyasının məlumatına görə, bu qərara əsasən, 2023-cü ilə qədər kredit götürmüş 150 mindən çox pensiyaçının kredit faizləri azaldılaraq 2023-cü ildən müəyyən edilən faizlərə bərabər olacaq.
“Hökumət Aparatında keçirilən görüşdə “Liberty Bank”ın icra hissəsi və konkret detallar üzrə Milli Bankla əməkdaşlığı davam etdirəcəyi bildirilib.
Hökumət başçısı məsələni müzakirə edərkən vurğulayıb ki, növbəti mərhələyə vaxtında başlamaq və pensiyaçıların yenilənmiş şərtlərdən yararlana bilməsi vacibdir”- məlumatda bildirilir.


