Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını dayandırıb

1,010
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını dayandırıb
Dinləmək üçün basın

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, ölkə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dayandırıb.

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, ölkə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dayandırıb.

InterPress.ge xəbər verir ki, bu barədə Paşinyan “France 24” telekanalına müsahibəsində deyib.

“Kollektiv təhlükəsizlik sazişi, fikrimizcə, Ermənistana münasibətdə, xüsusən 2021-2022-ci illərdə yerinə yetirilməyib. Bu, bizim diqqətimizdən kənar qala bilməz. Biz bu müqavilədə iştirakımızı dayandırdıq. Görək bundan sonra nə olacaq”.

Ermənistandakı Rusiya hərbi bazasının mümkün bağlanması ilə bağlı suala isə baş nazir “Hazırda bununla bağlı heç bir müzakirə aparılmır” cavabını verib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →