23 
Fev
2024
15:21
232

Baş nazir ölkədə hökumət dəyişikliyinin planlaşdırılmadığını bildirib

"Mən sizə tam məsuliyyətlə deyə bilərəm ki, hökumət dəyişikliyi ilə bağlı heç bir məsləhətləşmə aparılmır, - bunu mən açıq şəkildə deyə bilərəm".

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze bu gün keçirilən brifinqdə bildirib.

O, İliya Darçiaşvili və Maka Boçorişvilinin hər hansı vəzifəyə təyin oluna biləcəyi ilə bağlı mətbuatda yayılan məlumatları təkzib edib.

“Bir daha təkrar edirəm ki, heç bir dəyişiklik nəzərdə tutulmur. Nümayəndə heyətində cənab İliya Darçiaşvili təmsil olunub və o, Brüsselə səfəri zamanı Gürcüstanın maraqlarını çox gözəl təqdim edib. Bir daha ona təşəkkür etmək istəyirəm. Bir daha açıq şəkildə qeyd etmək istəyirəm ki, hakimiyyətdə heç bir şəxsi dəyişiklik nəzərdə tutulmur. Planda belə bir şey yoxdur. Bir, iki və ya üç ildə hansısa dəyişiklik baş verərsə, bu, təkcə bizdən asılı deyil. Belə söhbət heç yerdə yayılmır, siz yayırsınız”, - deyə jurnalistə müraciət edib.

Bizimlə əlaqə saxlayın