Natia Turnava: Pensiyaçıların, cəmiyyətin bu təbəqəsinin sosial vəziyyəti və həyat şəraiti bizim üçün çox önəmlidir
"Əvvəla, pensiyaçıların problemi və pensiya ilə təmin olunmuş kreditlərlə maraqlandığınız üçün sizə təşəkkür etmək istəyirəm, bu, bizim üçün həqiqətən vacibdir. Ümumiyyətlə, mən təkcə Milli Bankın prezidenti vəzifəsini icra edən şəxs kimi deyil, həm də sadə bir vətəndaş kimi nəzərinizə çatdırım ki, pensiyaçıların, cəmiyyətin bu təbəqəsinin sosial vəziyyəti, həyat şəraiti bizim üçün çox önəmlidir".
InterPress.ge-nin xəbərinə görə, bu barədə Natia Turnava parlamentdə çıxışı zamanı bildirib.
“Biz Milli Bank olaraq onların hüquqlarının qorunmasında qanunvericilikdə nəzərdə tutulmuş bütün zəruri mexanizmləri və bütün təminatları dəqiqliklə həyata keçirmək üçün öz növbəmizdə daim çalışırıq”, - Turnava bildirib.
Milli Bankın prezidenti vəzifəsini icra edən Natia Turnava Milli Bank ilə bu mövzuda işçi qrupu formatında əməkdaşlıq edən deputatlara da təşəkkür edib.
Qeyd edək ki, Milli Bankın məlumatına görə, pensiyaçıların 2023-cü ilə qədər götürdüyü kreditlər üzrə faizlər aşağı salınacaq. Ümumilikdə, söhbət 150 mindən çox kreditdən gedir.


